Erməni deputat bayrağımızın yandırılmasına görə üzr istəyib

15 Aprel 2023 13:28

Ermənistanda iqtidarda olan "Vətəndaş Sazişi" partiyasından olan deputat Ovik Ağazaryan Azərbaycan bayrağının yandırılması ilə əlaqədar beynəlxalq ictimaiyyətdən üzr istəyib.

Milli.Az Ermənistan mətbuatına istinadən bildirir ki, millət vəkili həmçinin qeyd edib ki, o, "mənim millətimdən vəhşi və adamyeyən tayfalara xas olan təzahürləri tamamilə silmək" üçün əlindən gələni etməyib.

İrfan Vəliyev
Milli.Az