Bakıda 10 gündür itkin düşən 17 yaşlı qız tapıldı - FOTO

15 Aprel 2023 08:38

Bakıda aprelin 4-də itkin düşən gənc qız tapılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 17 yaşlı İsgəndərli Şəfa Həşim qızının yeri bu gün axşam saatlarında müəyyən olunub.

Qeyd edək ki, gənc qız itkin düşən gün polisə müraciət olunmuşdu.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az