Abşeronda anbar yanıb

15 Aprel 2023 07:35

Abşeron rayonunun Fatmayı kəndində ümumi sahəsi 12 m² olan tikili və bitişik ümumi sahəsi 100 m² olan anbarın dam örtüyü 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mİlli.Az-a bildirilib ki, anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az