Ramazan bayramında bu günlərdə iş olmayacaq

15 Aprel 2023 10:02

Artıq Ramazan ayının bitməsinə sayılı günlər qalıb.

Milli.Az metbuat.az-a istinadla xəbər verir ki, Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 24 aprel də istirahət günüdür.

Ümumilikdə, cari ayın 21,22,23,24-ü qeyri-iş günləridir. Bayramdan sonra ilk iş günü isə aprel ayının 25-də başlayacaq.

Milli.Az