Xəbər verdiyimiz kimi, Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.
"Qafqazinfo"nun məlumatına görə, bu vəzifəyə təyin edilənədək M.Məmmədov bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin və Lahor İdarəetmə Elmləri Universitetinin məzunu olan 42 yaşlı M.Məmmədov son illərdə iri kənd təsərrüfatı müəssisələrinə rəhbərlik edib. O, əsasən Abşeronda zeytun və badam bağları salan "Grand-Agro" MMC-nin direktoru, son olaraq isə "Agro Food Investment" MMC-nin direktoru vəzifəsini icra edib.
Bundan başqa Məcnun Məmmədov daha əvvəl "PMD Group", "Modern Group", "AER" MMC, "Deloitte & Touche Ltd." "ABN AMRO Bank Kazakhstan" kimi şirkətlərdə də çalışıb.
Milli.Az