Milyarder arvadından elektron poçt vasitəsilə boşanıb

14 Aprel 2023 21:38

Beynəlxalq media imperiyasının rəhbəri və milyarder Rupert Merdok dördüncü arvadı, aktrisa Cerri Holla elektron poçt vasitəsilə məktub göndərdikdən sonra boşanıb.

O, 66 yaşlı Holla öz təəssüf hissini bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Cerri, təəssüf ki, evliliyimizi bitirməyə qərar verdim. Əlbəttə ki, yaxşı vaxtlarımız olub, amma mənim çox işim var. Nyu-Yorkdakı vəkilim dərhal səninlə əlaqə saxlayacaq", - deyə Merdok yazıb.

Məktubu alarkən, Hollun 2022-ci ilin iyununda əri ilə Oksfordşirdəki malikanəsində görüşməyi gözlədiyi bildirilir.

Cütlük bir neçə ay sonra rəsmən boşanıb.

Milli.Az