Konfrans Liqası: “Fiorentina”dan darmadağın, “Vest Hem”dən heç-heçə - VİDEO

14 Aprel 2023 06:16

Avropa Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, bütün oyunlar eyni gündə baş tutub.

Əvvəlcə "Gent" Belçikada İngiltərə təmsilçisi "Feyenoord"u qəbul edib. Tərəflər ilk oyundan heç-heçə ilə ayrılıblar.

Belçikanın digər təmsilçisi "Anderlext" "Alkmaar"la ev oyunundan inamlı qələbə ilə ayrılıb. Dörd qolun qeydə alındığı "Bazel"lə "Nitsa"nın ilk görüşündə qalib müəyyənləşməyib. "Lex" isə "Fiorentina" ilə ev oyununda darmadağına üzülüb.

Avropa Konfrans Liqası
1/4 finalın ilk oyunları
13 aprel

Gent (Belçika) - Vest Hem (İngiltərə) 1:1
Qol: Kuypers, 57 - İnqs, 45+3.

Anderlext (Belçika) - Alkmaar (Niderland) 2:0
Qol: Murilyo, 22. Aşimeru, 70.

Bazel (İsveçrə) - Nitsa (Fransa) 2:2
Qol: Amduni, 26; 71 - Moffi, 38; 45+1.

Lex (Polşa) - Fiorentina (İtaliya) 1:4
Qol: Velde, 20 - Kabral, 4. N.Qonsales, 41. Bonaventura, 58. İkone, 63.

Milli.Az