Tanınmış baş həkim VƏFAT ETDİ - FOTO

13 Aprel 2023 23:52

Zəngilan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Zəngilan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Taryel Salmanov bu gün vəfat edib.

TƏBİB-dən sayta bildirilib ki, o, günorta saatlarında uzun müddət müalicə aldığı tibb müəssisəsində poliorqan çatışmazlığından (ürək, qaraciyər, böyrək çatışmazlığı və ikitərəfli pnevmoniya) vəfat edib.

"Onun müalicəsi TƏBİB rəhbərliyinin nəzarətində olub", - deyə qeyd edilib.

Milli.Az