Məşhur kinorejissor daha bir zorlamada ittiham olunur

15 May 2010 22:11
"İTAR-TASS"ın məlumatına görə, ABŞ-ın 33 il əvvəl bir qızı zorladığı üçün ekstradisiya etmək istədiyi kinorejissoru bu dəfə britaniyalı kinoaktrisa eyni cinayətdə günahlandırır. Aktrisa Şarlotta Lyuisin sözlərinə görə, 30 il əvvəl 16 yaşında olarkən Polanski tərəfindən zorlanıb. Lyuis artıq iddiasını Los-Anceles məhkəməsinə təqdim etdiyini bildirib.

"Cənab Polanski həmin vaxt mənim 16 yaşımın tamam olmadığını bilirdi. Lakin Parisdəki evində görüşdüyümüz vaxt o, mənə hücum çəkdi", - deyə aktrisa iddia edib.

Xatırladaq ki, 33 əvvəl 13 yaşlı Samanta Qeymeri zorlamaqda təqsirləndirilən rejissor 1978-ci ildə məhkəmə prosesinin sonunu gözləmədən ABŞ-dan Avropaya gedib və indiyədək geri dönməyib. Amerika illərdir ki, onun ekstradisiyası üçün çalışır.

Milli.Az