İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri başa çatıb

13 Aprel 2023 20:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinaya rəsmi səfəri aprelin 13-də başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sarayevo şəhərinin Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi rəsmi şəxslər yola saldılar.

Milli.Az