Ağ paltardakı ləkələri təmizləməyin asan üsulları

30 Aprel 2023 22:46

Ağ paltardakı ləkələri çıxarmağın sadə yolları açıqlanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu problemi həll etmək üçün ağ sirkədən istifadə etmək olar. 

Ağ paltarları ağartmaq, ləkələri çıxarmaq, idman geyimindəki qoxuları aradan qaldırmaq üçün istifadə edilə bilər. 

Eyni zamanda kirdən xilas olmaq üçün paltarı iki hissəyə sirkə ilə qarışdırılmış suda isladın. Beləliklə, ağ paltarların üzərindəki ləkələr tezliklə silinəcək.

Milli.Az