Fransa parlamenti növbəti dəfə terror təşkilatına dəstək nümayiş etdirib

13 Aprel 2023 13:17

Fransanın hakim İntibah Partiyasının deputatları PKK/YPG terror təşkilatının rəhbərləri ilə görüşüb.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, qalmaqallı görüşün fotosunu fransalı deputat Sara Tanzilli sosial media hesabında paylaşıb.

Xatırladaq ki, bu ilin mart ayında PKK/YPG terror təşkilatının üzvləri Fransa Senatında qəbul edilib və terrorçulara qondarma "şərəf medalları" təqdim edilib.

Hadisədən sonra Fransanın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və qalmaqallı hadisə qınanılıb.

Milli.Az