Türkiyədə narkotik tacirlərinə qarşı keçirilən əməliyyatda xeyli şəxs saxlanılıb

13 Aprel 2023 12:14

Türkiyədə narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə ölkənin Qaziantep vilayətində "Kökünü qurutma" adı altında 1529 polis və jandarm qrupları ilə irimiqyaslı əməliyyat keçirilib.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Məlumata əsasən, əməliyyat nəticəsində indiyə qədər 179 nəfərdən 149-u saxlanılıb.

Nazir məcburi müalicə və reabilitasiyanın cəzaçəkmə müəssisələrində həyata keçiriləcəyini bildirib.

Milli.Az