Alman təyyarəsi Rusiya sərhədində: Su-27 havalandı...

12 Aprel 2023 23:57

Almaniyanın "R-3C Orion" hərbi təyyarəsi Baltik dənizi üzərində Rusiya sərhədinə yaxınlaşıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, dövlət sərhədinin pozulmasının qarşısının alınması məqsədilə Qərb Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə məxsus Su-27 qırıcısı havaya qaldırılıb:

"Heç bir pozuntu qeydə alınmayıb, alman təyyarəsi geri dönmək məcburiyyətində qalıb".

Milli.Az