Azərbaycanda yeni seçki məntəqələri yaradıla bilər

12 Aprel 2023 16:54

Azərbaycanda seçicilərin sayındakı dəyişikliklərlə əlaqədar yeni seçki məntəqələri yaradıla, seçki dairələrinin ərazisində dəyişiklik edilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

O qeyd edib ki, 2022-ci ildə 832 yeni seçki məntəqəsi yaradılıb.

Milli.Az