İki dəqiqədə 5 milyon oğurladılar - VİDEO

13 Aprel 2023 02:02

İstanbulun Esenyurt bölgəsində 4 naməlum şəxs zərgərlik mağazasına giriblər. 

Milli.Az lent.az-a istinadən bildirir ki, oğruluq edənlər qapının kilidini qıraraq içəri daxil olublar. Onlar 4 kiloqrama yaxın, təxminən 5 milyon lirəlik (441 min manat) qızıl oğurlayıblar. 

Hazırda polis onların tapılması üçün araşdırma aparır. 

Hadisənin görüntülərini təqdim edirik.

Milli.Az