Türkiyədə İŞİD və Əl-Qaidəyə qarşı əməliyyat keçirilib, 15 xarici vətəndaş saxlanılıb

12 Aprel 2023 13:57

Türkiyənin hüquq-mühafizə orqanları İstanbul şəhərində İŞİD və Əl-Qaidə terror təşkilatlarına qarşı əməliyyat keçirib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Əməliyyat nəticəsində 15 xarici vətəndaş saxlanılıb.

Qeyd edək ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu terrorçulara qarşı mübarizənin qətiyyətlə davam etdiyini bildirmişdi.

Milli.Az