Nazir polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

12 Aprel 2023 10:39

Daxili işlər orqanlarında yeni təyinat olub.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Sabirabad Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Anar Məmmədov vəzifədən azad edilib.

Digər əmrlə A.Məmmədov DİN-in Baş Mühafizə İdarəsinin Quba-Qusar Regional Mühafizə İdarəsinin rəisi təyin olunub.

Milli.Az