Yoluxanların sayı açıqlandı

12 Aprel 2023 16:38

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 96 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 147 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 89, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 34, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.

Milli.Az