Azərbaycanlı müğənni haqqında yayılan xəbərləri ələ saldı

12 Aprel 2023 12:18

Müğənni Gülay Zeynallı haqqında yayılan xəbərləri ələ salıb. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, İnstaqramda status paylaşıb: 

"Gülayın biznesi yarımçıq qaldı. Hansı biznes, ay qurban olum. Bundan sonra zarafat etməyəcəm", - deyə, bildirib. 

Qeyd edək ki, Gülay "7 Canlı" verilişində qonaq olarkən "2 qoyun almışdım. Bacımgilə göndərdim, tez-tez zəng edirdim ki, sayı artıb? O da bezdi, dedi, gəl qoyunlarını apar. Hövsələsizliyimdən bzines yarımçıq qaldı" açıqlamasını verib.

Milli.Az