Azərbaycanlı aktyor xanımı ilə veriliş aparacaq - FOTO

12 Aprel 2023 09:49

Bir müddət əvvəl səhhətindəki problemlə gündəmə gələn aktyor Elvin Ağayev aparıcılıq edəcək. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,sənətçi həyat yoldaşı Elvina Ağayeva ilə birlikdə Kanal S-də işə başlayıb.

Onlar birlikdə "Elvin Elvinayla oyna" adlı proqrama aparıcılıq edəcəklər.

Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən Elvin bir müddət əvvəl yardım üçün "Səni Axtarıram" verilişinə çıxıb. Onun əməliyyatı üçün 90 min manat toplanıb. Elvin Türkiyədə qaraciyər əməliyyatı keçirib. 

Milli.Az