Ermənistan parlamentinin iclası yarımçıq qaldı

11 Aprel 2023 21:42

Ermənistan Milli Assambleyanın iclası vaxtından əvvəl başa çatıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bununla bağlı Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan məlumat verib.

"Hazırda Ermənistan sərhədində vəziyyət narahatlıq doğurur", - deyə vitse-spiker bildirib.

Vurğulanıb ki, Ermənistan Milli Assambleyanın iclası 12 aprel çərşənbə gününə təxirə salınıb.

Milli.Az