Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Milatoviç,
Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".
Milli.Az