Göygöldə mikroavtobus qəzaya düşdü, xəsarət alanlar var

11 Aprel 2023 14:04

Göygöldə mikroavtobus qəzaya düşüb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə zamanı sərnişin daşıyan mikroavtobusla minik avtomobili toqquşub. İlkin məlumata görə, hadisədə 1996-cı təvəllüdlü Seymur Mirzəyev, 2002-ci il təvəllüdlü Mirhüseyn Əliyev və 1962-ci il təvəllüdlü Kəmalə Vəliyeva xəsarət alıb. Qadının vəziyyəti normal, digərlərinin durumu isə kafi və orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az