Novruz Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

11 Aprel 2023 13:41

Prezident İlham Əliyev Novruz Aslanovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Novruzəli Davud oğlu Aslanov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

Milli.Az