Güney Azərbaycanda itkin düşən gəncin çaydan meyiti tapıldı - VİDEO - FOTO

11 Aprel 2023 14:10

Güney Azərbaycanda itkin düşən 15 yaşlı yeniyetmə Hadi Cəfərzadənin çaydan meyiti tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Maku sakini olan Hadi Cəfərzadə aprelin 6-sı cümə axşamı günü evdən çıxıb və itkin düşüb.

Hadinin ailəsi onun Təbrizə "Traktor" -"Sepahan" matçına baxmaq üçün getdiyini və geri qayıtmadığını bildirib.

Milli.Az