"Kalibr", "İsgəndər" bitir: Rusiya bu bombalara əl atır

11 Aprel 2023 13:04

Rusiya qoşunları Ukraynanın yaşayış məntəqələrinə getdikcə daha tez-tez aviabombalarla hücumlar etməyə başlayıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki,bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

O bildirib ki, rusların aviabombalarla daha çox hücum etməsinin səbəbi yüksək dəqiqliyə malik və müasir raketlərin olmamasıdır:

"İndi rusların kifayət qədər İsgəndər-M və "Kalibr" raketləri yoxdur. Lakin Rusiyanın hələ də kifayət qədər S-300 raketi var".

Romanenkonun sözlərinə görə, düşmən anlayır ki, ona daim düşmənə təzyiq etmək, Ukrayna hədəflərini vurmaq lazımdır:

"Əvvəllər işğalçılar enerji infrastrukturu obyektlərinə hücumlara diqqət yetirirdilər, lakin onların planı iflasa uğradı".

Milli.Az