"Skype" vasitəsilə Facebook-u canlandırın

30 Aprel 2012 14:19
"Skype Humoticons" adlı proqram əlavəsi vasitəsilə "Skype" istifadəçisi fotoları əsasında ikonalarını yarada bilər.

Milli.Az "Skype"ın rəsmi bloquna istinadən bildirir ki, "Skype Humoticons" adlı proqram əlavəsi vasitəsilə istifadəçi statik və animasiya olunmuş ikonalar yaratmaq imkanlarına malikdir.
Statik ikona istifadəçinin Facebook-dakı istənilən fotoşəkli əsasında yaradılır.

Animasiya olunmuş ikona üçün veb-kameradan istifadə olunur. Kamera, istifadəçinin üzünü 5 dəfə çəkir, sonra həmin fotoları hərəkət edən rəsmə çevirir.

Hazır ikonanı Facebook-dakı profildə dərc etmək və ya xüsusi qalereyaya yerləşdirmək olar.

Milli.Az