Diş fırçası boşanmaya necə səbəb olur?
16 May 2010 09:36
Amerika mətbuatı yazır ki, Nyu-York alimlərinin araşdırması cütlük arasında xüsusilə kişilərin pintiliyi üzündən mübahisələrin yarandığını, hətta boşanmalaradək gedib çıxdığını üzə çıxarıb. Evdə daim ətrafa atılmış corablar, köynək, qalstuk və sair qadınları qıcıqlandırır.
Son sorğu isə göstərir ki, daha çox qalmaqala kişinin vanna otağındakı pintiliyi səbəb olur. Rəyi soruşulan xanımların 82%-i bildirib ki, vanna otağında səliqə-səhmana ailənin hər iki üzvü riayət etməli olsa da, kişilər bunu qulaqardına vurur. Xüsusilə, onların diş fırçasını hara gəldi atması, həmçinin diş pastasının ağzını açıq qoyması, çanağın ətrafına tökülmüş diş pastasını təmizləməməsi xanımları son dərəcə əsəbləşdirir. Bu məqamların boşanmaya səbəb olması hallarına heç də nadir halda rast gəlinmir...
Milli.Az