Pakistanın Bəlucistan əyalətinin Kuetta şəhərinin hərəkətli küçələrindən birində polis əməkdaşlarını daşıyan avtomobilə bombalı hücum təşkil edilib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, partlayışda 2-si polis olmaqla 4 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.
Səlahiyyətlilər hücumda 3-4 kiloqram partlayıcıdan istifadə edildiyini açıqlayıb.
Hələlik hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Milli.Az