Türkiyə parlamentinin erməni deputatı seçkilərdə olmayacaq

10 Aprel 2023 22:40

Türkiyə Böyük Millət Məclisinin erməni əsilli deputatı Karo Paylan növbəti parlament seçkilərində iştirak etməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Paylan Tvitter hesabında məlumat verib.

O qeyd edib ki, Xalqların Demokratik Partiyasının nizamnaməsinə görə, eyni şəxsin iki dəfədən artıq deputatlığa namizədliyini irəli sürülmək hüququ yoxdur.

Milli.Az