"Qazaxıstanın regionumuzda sülhün bərqərar olmasına yönəlmiş mövqeyi böyük hörmətə layiqdir"

10 Aprel 2023 20:38

Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd edərək deyib: "Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir". Prezident İlham Əliyev qeyd edib ki, Qazaxıstanın beynəlxalq arenada nüfuzu artır və bu ölkə haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.

Milli.Az