İlham Əliyev qazaxıstanlı həmkarını Azərbaycana səfərə dəvət edib

10 Aprel 2023 18:59

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Qarabağda Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsi barədə şəxsi qərarına görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürünü bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı Astanada keçirilən görüşdə Kasım-Jomart Tokayevi, həmçinin tikintisi sürətlə gedən mərkəzin açılış mərasiminə dəvət edib. O bildirib ki, bu, xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq.

Milli.Az