Prezident: Qazaxıstan və Azərbaycan öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir

10 Aprel 2023 18:58

Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Astanada keçirilən geniş tərkibdə görüşdə bildirib.

Bunun bugünkü dünya siyasətində ən mühüm amil olduğunu vurğulayan dövlətimizin başçısı deyib: "Düşünürəm ki, bizim ölkələrimizin milli maraqlarının müdafiəsinə prinsipial yanaşma nümayiş etdirməyimiz də xalqlarımızın xarakterinə dəlalət edir".

Milli.Az