Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş marka buraxılıb

10 Aprel 2023 17:59

Qazaxıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş marka buraxılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibdə görüşdə söyləyib.

Cənubi Qafqaz regionunda lider rolu oynayan Azərbaycan ilə iqtisadi sahədə qarşılıqlı əlaqələrin, əməkdaşlığın inkişaf etdirilməsinə dair çox ciddi iş aparmaq əzmində olduqlarını bildirən Kasım-Jomart Tokayev deyib: "Bizim aramızda hər hansı problem yoxdur. Yalnız məhz bu istiqamətdə irəli getmək arzusu var".

Milli.Az