Qapıçıdan ağlasığmaz səhv - VİDEO

10 Aprel 2023 22:56

İsveç çempionatının 2-ci turu çərçivəsində keçirilən "Hakken" - "Hammörbi" matçında inanılmaz qol vurulub.

Milli.Az xəbər verir ki, 5-ci dəqiqədə qonaq komandanın müdafiəçisi Edvin Kurtuluş topu saxlamaq üçün qolkiper Oliver Dovinə ötürmə edib. Qapıçı top qəbul edərək saxlayıb. Bundan sonra isə ağlasığmaz hadisə baş verib. Oliver topsuz hərəkət etməyə başlayıb.

Bu səhvdən "Hakken"in forvardı Benye Traore yararlanıb. Fil dişi sahilli forvard Dovinin hədiyyəsini geri çevirməyib.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib. (publika)

Milli.Az