Eyni gündə iki mənzili qarət edən şəxs tutuldu

15 May 2010 11:27
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, oğurluq hadisəsi mayın 12-də Binəqədi rayonu, Yusifzadə küçəsində törədilib.
Həmin mənzildə yaşayan Rizvan Abbasovun mənzilindən pəncərədən keçmək yolu ilə 5600 ABŞ dollar və 153 manat oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdiyi tədbirər nəticəsində oğurluqda şübhəli bilinən Əmrah Quliyev mayın 14-də tutulub.

Müəyyən olunub ki, o, mayın 12-də Ə.Əliyev küçəsində yaşayan Telman Bağırovun mənzilindən də qızıl-zinət əşyaları oğurlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az