ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində atışma olub.
Milli.Az APA-ya istinadən bildirir ki, Luisvill şəhərinin mərkəzində bank binasında baş verən atışmada 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
Qeyd olunub ki yaralananlar arasında polis əməkdaşı da var.
Hadisəni törədən şəxs ölüb. Onun ölümünə nəyin səbəb olduğu açıqlanmayıb.
Milli.Az