Ailəsi Şəbnəmin bacısını ondan NİYƏ GİZLƏDİR? - VİDEO

10 Aprel 2023 13:45

Ailəsi müğənni Şəbnəm Tovuzludan bacısının olmasını gizlədib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,  bu haqda sənətçi "Maqazin plyus" verilişində danışıb. 
Sənətçi bildirib ki, bacısının kim olduğunu ailəsi və yaxınları ondan gizlədib: 
"Məndən öncə bir bacım dünyaya gəlib. Onu isə məndən gizlədiblər. Onu qohumlarımızdan birinə övladlığa veriblər. Demirlər kimdir (ağlayır). Nə atam, nə qohum-əqrabam... Heç kim demir. Onun özünün də bundan xəbəri yoxdur. Həyatda arzum və ağrım odur". 

Milli.Az