Lionda inamlı qələbə, “Marsel” və “Monako”dan xal itkisi - VİDEO

10 Aprel 2023 08:33

Fransa çempionatında 30-cu tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, əksər qarşılaşmalar son günə təsadüf edib.

"Loryan"la Marsel "Olimpik"i arasındakı oyunda qapılara qol vurulmayıb. "Reyms" - "Brest" və "Nant" - "Monako" matçlarında da qalib müəyyənləşməyib.

Lion "Olimpik"i "Renn"lə ev oyununda inamlı qələbəyə sevinib. "Ayaçço" evdə "Oser"ə, "Monpelye" "Tuluza"ya, "Trua" isə "Klermon"a uduzub.

Hazırda 69 xalı olan PSJ vahid liderdir. "Lans" 63 xalla ikinci, Marsel "Olimpik"i 61 xalla üçüncü pillədə qərarlaşıb. "Monako" 58, "Lill" 52, "Renn" 50, Lion "Olimpik"i və "Reyms" 47, "Nitsa" ilə "Loryan" 45 xal toplayıblar. 

Fransa, Liqa 1
30-cu tur
7 aprel

Lans - Strasburq 2:1
Qol: Frankovski, 11. Medina, 65 - Qameyro, 84.

8 aprel

Anje - Lill 1:0
Qol: Şabanoviç, 84.

Nitsa - PSJ 0:2
Qol: Messi, 26. S.Ramos, 76.

9 aprel

Olimpik (Lion) - Renn 3:1
Qol: Tolisso, 60. Lakazette, 68. Barkola, 79 - Quiri, 11.

Ayaçço - Oser 0:3
Qol: Ture, 3. Da Kosta, 6. Alfonse, 45+1-öz qapısına.

Monpelye - Tuluza 1:2
Qol: Vahi, 88 - Dallinqa, 31. Çaibi, 85.

Reyms - Brest 1:1
Qol: Baloqun, 90+1 - Melu, 6.

Trua - Klermon 0:2
Qol: Çam, 27. Qastyen, 30.

Nant - Monako 2:2
Qol: M.Məhəmməd, 65. Blas, 78 - Disasi, 21. Matazo, 30.

Loryan - Olimpik (Marsel) 0:0

Milli.Az