Netanyahudan səfərbərlik əmri

10 Aprel 2023 07:57

İsrailin Baş naziri Binyamin Netanyahu ehtiyatda olan hərbçilərin səfərbər edilməsi barədə göstəriş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "France24" məlumat yayıb.

Bildirilib ki, İsrailin hökumət başçısı polisə sərhəd polisinin bütün ehtiyat hissələrini səfərbər etməyi tapşırıb və İsrail Müdafiə Ordusuna əlavə qüvvələrin səfərbər olunmasına əmr edib.

Milli.Az