Rusiya özünü daha çox təcrid edir - Zelenski

10 Aprel 2023 07:11

Rusiya Zaporojyenin yaşayış məntəqələrini növbəti dəfə atəşə tutmaqla özünü dünyadan və bəşəriyyətdən daha çox təcrid vəziyyətinə salır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Ukrayna lideri rusların Zaporojyeni S-300 raketləri ilə vurduğunu, nəticədə ata və 11 yaşlı qızın həlak olduğunu, uşağın anasının isə ağır yaralandığını bildirib.

Milli.Az