Qriqoryan İranda Şamxani ilə görüşdü

9 Aprel 2023 23:27

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan TŞ-nin mətbuat xidməti məlumat yayıb.

Tərəflər ikitərəfli gündəliyi, İran-Ermənistan əlaqələrinin inkişafını, həmçinin regiondakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Qriqoryan hazırda İranda səfərdədir. Bundan öncə tərəflər ötə ilin iyulunda İrəvanda bir araya gəlmişdilər.

Milli.Az