Bakıda arxa-arxaya maşın sürən tələbə BELƏ SAXLANILDI - VİDEO

9 Aprel 2023 23:11

Bakıda yolun əks istiqamətində maşın sürən 20 yaşlı tələbə saxlanılıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, tələbə avtomobillə yolun əks istiqamətinə doğru hərəkət edib:

"Şəxs təəssüf ki belə saxlanılaraq məsuliyyətə cəlb edilib".

Qeyd edək ki, uzun müddət yolun əks istiqamətində hərəkəti davam etdirən avtomobilin sürücüsünün sonda qəza törətdiyi bildirilir.

Milli.Az