Rus haker qrupu NATO-ya hücum etdi

9 Aprel 2023 21:23

Rusiyanın "Killnet" haker qruplaşması NATO-nun kibertəhlükəsizlik infrastrukturuna hücum edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə hakerlər özlərinin Teleqram kanalında məlumat yayıblar.

"Ola bilsin bu, "Killnet"in sonuncu hücumu olacaq, çünki bu hadisədən sonra ölürəcək və həbs edəcəklər. Lakin "Killnet" NATO-nun şəbəkəsini məhv etmək niyyətindədir", - məlumatda qeyd olunub.

Milli.Az