Ermənilər Polşa sərhədində qarşıdurma yaratdı

9 Aprel 2023 20:54

Belarus-Polşa sərhədində bir qrup miqrant polşalı sərhədçilərə hücum edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə RMF24 məlumat yayıb.

Bildirilib ki, Belarusdan Polşaya keçə bilməyən 20-yə yaxın aqressiv miqrant zabitlərə daş və digər sərt predmetlər atıblar.

Bildirilib ki, gün ərzində 28 miqrant Polşaya keçməyə uğursuz cəhd göstərib. Onlar əsasən Pakistan və Ermənistan vətəndaşlarıdır.

Milli.Az