Alp dağlarında qar uçqunu olub, ölənlər var

9 Aprel 2023 19:43

Alp dağlarında qar uçqunu nəticəsində dörd nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen özünün "Twitter" səhifəsində yazıb.

Eyni zamanda qeyd edilir ki, bir neçə nəfər də xəsarət alıb.

Axtarış-xilasetmə işlərinə iki helikopter, xilasedicilər və texnika cəlb edilib.

Milli.Az