İrana casusluqda ittiham olunan şair saxlanıldı

9 Aprel 2023 12:12

İrana casusluq etməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb.

Milli.Az xəbər verir ki, "Müsəlman Birliyi Hərəkatı"nın himnini yazan, əhli-beyt şairi, məddah Kamran Fərat (Kamran Kərimov) saxlanılıb.

Onun İranın casus şəbəkəsinin ifşası istiqamətində həyata keçirilən əməliyyatlar nəticəsində saxlanıldığı bildirilir.

Milli.Az