Bu rayona içməli suyun verilməsi dayandırıldı

8 Aprel 2023 22:53

Sabirabada içməli suyun verilişi müvəqqəti dayandırılıb.

Milli.Az bildirir ki, bu barədə report-a rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, səhər saatlarından etibarən rayon ərazisində qəza ilə əlaqədar su kəsilib.

İçməli suyun nə vaxt veriləcəyi dəqiq məlum deyil.

Milli.Az