İsrail Ukraynada "Tzeva Adom" hava təhlükəsi xəbərdarlığı sistemini dörd ay ərzində yerləşdirəcək və ilk mərhələdə Kiyevi əhatə edəcək.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun ehtiyatda olan mayoru Viktor Vertsner məlumat yayıb.
"Bu sistem radarlar ilə koordinasiyada işləyir. O, raketlərin trayektoriyasını hesablayır və raketin uçuş istiqamətində bir neçə bölgəyə deyil, bu raketlərin getdiyi yerə xəbərdarlıq siqnalı verir", - mayor bildirib.
Qeyd edilir ki, yeni sistem bu gün S-300, S-400 və "Xəncər" hipersəs raketlərini aşkarlaya biləcək.
Milli.Az